image-2000x150px
image-123
image-ads_atlas
Ağstafada Vətən müharibəsinin qaziləri ilə görüşlər davam edir FOTOLARbackend

Ağstafada Vətən müharibəsinin qaziləri ilə görüşlər davam edir FOTOLAR

image-728x90px

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Ağstafa rayonunda da diqqət mərkəzində saxlanılır.

Doğru.az xəbər verir ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və RİH-in məsul əməkdaşları növbəti dəfə Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olub, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırılıb. Onlar qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.

Görüşdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırıblar.
Qazilər və ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya və İcra başçısı Seymur Orucova minnətdarlıqlarını ifadə ediblər.

Günəş Nəsibli

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki