image-2000x150px
image-123
image-ads_atlas
Ağstafanın icra başçısı Seymur Orucov onlayn iclas keçirib FOTOLARbackend

Ağstafanın icra başçısı Seymur Orucov onlayn iclas keçirib FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, Seymur Orucov rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri ilə onlayn iclas keçirib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayon ərazisində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhalinin vaksinləşməsinin icra vəziyyətinə dair növbəti onlayn iclasını keçirib.

Qeyd olundu ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının 18 aynvar 2021-ci il tarixli sərancamı ilə komissiya yaradılmış və növbəti kateqoriyalı insanlara vaksin vurulmaqla bağlı təşkilatı işlər barədə danışılmış, vəzifə bölgüsü aparılmışdır. Fevral ayından başlayaraq rayonda fəaliyyət göstərən mobil qruplar vətəndaşların ünvanına gedərək təbliğat,təşviqat aparacaq könüllü COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaq istəyən şəxslərə evlərində randevu.Its.gov.az internet saytı vasitəsi ilə qeydiyyatdan keçirərək randevu tarixi alınmasına köməklik göstərəcəklər.

Geniş müzakirələr əsnasında keçən iclasda, rayonun bütün yaşayış məntəqələrində infeksiya ilə mübarizədə yaşanan istənilən problemləri dərhal Rayon İcra Hakimiyyətinin diqqətinə çatdırılması tapşırığı verildi.

Günəş Nəsibli

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki