image-2000x150px
image-123
image-ads_atlas
Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimləri vətəndaşdan rüşvət tələb edir-FOTOLARbackend

Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimləri vətəndaşdan rüşvət tələb edir-FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, Ağsunun Hacıqədirli kənd sakini Zamir İmanov rayonun Mərkəzi Xəstəxanasının həkimlərinin süründürməçiliyindən artıq cana doyubdur. Zamir İmanovun iki yaşlı oğlu Əli nevroloji ağır xəstədir. Nə danışa bilir, nə də eşidə bilir.

Zamir İmanov bildirir ki, oğlunun səhhəti ilə bağlı əllillik dərəcəsi almaq istəyib, lakin qeydiyyatda olduğu rayon xəstəxanasında göndərişi (forma 88) qəbul olunmayıb.Ailəsini fəhləlik etməklə dolandıran ata özüdə ayağında şikəstlik olduğu üçün, üçüncü qrup əlildi.Dövlət tərəfindən təyin olunmuş 110 manat pulla ailəsini dolandırır.

Zamir İmanovun qeyd edir ki, “Övladım bir müddət Uşaq Nevroloji Xəstəxanasında yatdı. Sənədlərini apardım ki, uşağa təqaüd alaq. Fikirləşdim ki, pensiyasını alıb müalicəsinə verərik. Çünki maddi vəziyyətimiz yaxşı deyil, çatdırmaq olmur. Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynov sənədləri özümə qaytardı ki, düzələn deyil. Dedi ki, get, təzədən övladını Uşaq Nevroloji Xəstəxanasına müalicə etdir. Dəfələrlə müxtəlif həkimlərin yanında olmuşam. Hamısı da müayinə zamanı deyiblər ki, bu uşağa əlillik dərəcəsi düşür”.

Məsələ ilə bağlı vətəndaş Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etsə də amma, müraciəti nəticəsiz qalıbdır. Zamir İmanov diqqətə çatdırır ki, “Mehriban Əliyevaya məktub yazdım. Məktubumu Ağsu Rayon Mərkəzi Xəstəxanasına ünvanladılar ki, vətəndaşın müraciətinə mütləq baxılsın. Amma orada yenə də dedilər ki, xəstəxanada yatmalısan, vəssalam. Halbuki uşağı orada müalicə etdirmişdik.

Həkimlərdən biri mənə məsləhət gördü ki, hörmət edim, yoxsa əlillik dərəcəsi ala bilməyəcəyəm. Pulum olsa, niyə əlillik dərəcəsi alıram? Uşağımı özüm müalicə etdirərəm. Sanki bu ölkədə yad adamlarıq, azərbaycanlı deyilik. Xəstəxanaya gedirsən, pulun yoxdursa, həkimlər adamın üzünə baxmırlar. Yıxıl, öl, həkimlərin vecinə deyil. Adamlara pul mənbəyi kimi yanaşırlar”.

Şikayətçi Zamir İmanovun Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynov bu cür aydınlıq gətirib: “Şikayətçinin göndərişi (forma 88) bir dəfə sistemə vurulub, lakin imtina cavabı gəlib: “Cavabda əlavə ixtisaslaşmış müalicənin davam edilməyi bildirilirdi. İki aylıq müalicə tövsiyə olunub. Müalicədən sonra təkrar sənədi təqdim edər, qəbul edərik”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsindən də bildirilib ki, göndəriş (forma 88) baş həkim tərəfindən doldurulumalı və sistemə vurulmalıdır.
Bundan sonra göndəriş Səhiyyə Nazirliyindən elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə ötürülür. Həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir.
Daha sonra əlillik qrupunun təyin edilib-edilməməsinə dair qərar barədə məlumat, eləcə də, imtina vətəndaşın elektron ünvanına və ya telefonla mesaj vasitəsilə çatdırılır. Əgər vətəndaşın göndərişi sistemə vurulmasa, yaxud buna görə pul istənilsə, mütləq Səhiyyə Nazirliyinə şikayət etmək lazımdır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki