image-2000x150px
image-123
image-ads_atlas
image-jwgs0b1uk50w5v1dgmg7xczxei5vmlr4yn1kfmenbackend

Ağsuda maşın aşdı, sürücü öldü

image-728x90px

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Aratlı-Curuxlu yolunda qeydə alınıb.

Belə ki, rayonun Bozavand kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndər Baxış oğlu Alıyev VAZ-2106 markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı beton lövhəyə çırpılıb.

Sürücü İsgəndər Alıyev hadisə yerindəcə ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki