image-n1karobka_ads
image-123
image-aii-pic_32ratio_900x600-900x600-14413backend

AI insanların etibarını qazanmağı öyrənib

San-Xosedəki Kaliforniya Universiteti və digər elmi qurumların süni intellekt (AI) sahəsində amerikalı tədqiqatçıları müəyyən ediblər ki, süni intellekt agentləri (neyroşəbəkələrə əsaslanan virtual köməkçilər) ünsiyyət tərzini dəyişdirərək insanların etibarını qazanmağı öyrənə bilərlər.

Tədqiqat Management Science (MNSC) elmi jurnalında dərc olunub.

“İnsan sınaq və səhv yolu ilə öyrənərək başqalarının etibarını qazana bilər. Süni intellekt də eyni şəkildə hərəkət edə bilər”, – deyə əsərin müəlliflərindən biri Yang Vu bildirib.

Tədqiqatçıların fikrincə, onlar sübut ediblər ki, süni intellekt agentləri başqalarını öz etibarlılığına inandırmaq üçün müstəqil şəkildə strategiyalar hazırlaya bilirlər.

“Süni intellekt agentlərinin sosial davranışı interaktiv öyrənmə vasitəsilə endogen şəkildə müəyyən edilə bildiyinə görə, o, həm də bizə qərar qəbul etmə və əməkdaşlıq ssenarilərində davranışı öyrənmək üçün yeni alət təqdim edə bilər”, – tədqiqatın həmmüəllifi Kay Jutchen əlavə edib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki