İranda davam edən etiraz aksiyaları zamanı daha bir nəfərin öldürüldüyü bildirilir.
Doğru.az Report-a istinadən xəbər verir ki, bu barədə “Hengaw” insan hüquqları təşkilatı məlumat yayıb.
Məlumata görə, Gilan əyalətinin Rəşt şəhərindən olan idmançı Mehdi Zatpur etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşının birbaşa atəş açması nəticəsində həyatını itirib.
Qeyd edək ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonunda yerli valyuta olan İran rialının kəskin devalvasiyasından sonra başlayıb. İlkin mərhələdə aksiyaların əsas səbəbi mübadilə məzənnəsinin sürətlə dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə ciddi təsiri olub. Sonradan isə ölkənin bir sıra şəhərlərində keçirilən etiraz aksiyaları polis qüvvələri ilə toqquşmalara çevrilib.
Məlumatlara əsasən, baş verən qarşıdurmalar zamanı həm təhlükəsizlik qüvvələri, həm də etiraz aksiyalarında iştirak edənlər arasında ölən və xəsarət alanların olduğu bildirilir.
DOĞRU.AZ





























