image-ads_n1karobka_mobile
image-25371backend

Florentino Perezin 150 milyonluq transferi kimdir?

“Real Madrid” klubunda yenidən prezidentliyə namizəd Florentino Perez növbəti mövsüm kluba gətirəcəyi adları açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bunlar, daha öncə də açıqlanan baş məşqçi Joze Mourinyo, futbolçulardan isə İbrahima Konate və Denzel Dumfris olacaq.

Florentino Perez müsahibəsində “Kral klubu”na Kriştianu Ronaldu və ya Kaka səviyyəsində daha bir top futbolçunu transfer edəcəyini qeyd edib:

“Həmin təklif 150 milyon avro civarında olacaq. Sözügedən şəxs Erlinq Haaland, Jeremi Doku, Harri Keyn deyil. 150 milyon avro təklif göndəriləcək futbolçu Premyer Liqada çıxış etmir. O, Kriştianu Ronaldu və Kaka kimi “Qalaktiko”dur. Bu, “Real Madrid” tarixinin ən bahalı oyunçusu oıacaq”, deyə Perez bildirib.

Funksioner “150 milyonluq futbolçu müdafiəçidir? Çünki komandada Vinisius, Mbappe artıq var”, sualına belə cavab verib:

“Real Madrid”də həmişə daha çoxa ehtiyac var. Xeyr, müdafiəçi deyil. O, ya yarımmüdafiəçidir, ya da hücumçu”.

Qeyd edək ki, “Kral klubu”nda prezident seçkiləri 7 iyun tarixində baş tutacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki