Doğru.az xəbər verir ki, Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmə keçirilən iclasda qərar qəbul edib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qətnamə dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.
























