image-2000x150px
image-123
image-ads_atlas
image-rtswfxn-pic905-895x505-21630backend

Almaniya 10 ildən sonra bu ölkədə HƏRBÇİ yerləşdirəcək

image-728x90px

Bundesver əsgərləri 10 ildən sonra ilk dəfə EUFOR (Avropa İttifaqı Qüvvələri) beynəlxalq sülhməramlı kontingentinin tərkibində Bosniya və Herseqovinada yerləşdiriləcək.

Bu barədə “Deutsche Welle” məlumat yayıb.

Sentyabrın ortalarına qədər Berlin bu missiyaya 28 hərbçi yerləşdirməyi planlaşdırır, yuxarı say həddi isə 50 hərbçidir. Bundesverin ölkədə qalma mandatı 30 iyun 2023-cü il tarixədək etibarlıdır.

Federal hökumətin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Manuel Sarrazin “Beləliklə, biz Almaniyanın tərəfdaşları ilə birlikdə yerlərdə sakinlərin təhlükəsizliyini təmin etmək öhdəliyi götürdüyünə dair mesaj göndəririk”, – deyib.

NATO-nun baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Şimali Atlantika Alyansı Rusiyanın Ukraynada apardığı müharibə fonunda Bosniya və Herseqovina üçün tədbirlər kompleksi hazırlayır. Bundan əvvəl Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin rəhbəri NATO-nun baş katibinə məktub göndərib. Bu məktubda o, Stoltenverqi “Avropa və regionda baş verən cari hadisələrlə əlaqədar ölkənin üzləşdiyi problemlərlə tanış edib”.

EUFOR 2004-cü ildən Bosniyada NATO-nun sülhməramlı qüvvələrini əvəz edir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki