image-n1karobka_ads
image-123
image-6831b49102e8bd552e023619-1backend

Almaniyanın Ukraynaya sülhməramlılar göndərmək planı yoxdur

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, hazırda Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsinə baxılmır.

O, Frankfurter Allgemeine Zeitung qəzetinə müsahibəsində deyib: “Və bu, yalnız kollektiv mandatın himayəsi altında, yəni Aİ, NATO və ya BMT daxilində yerləşdirilmə halında mümkündür. Lakin bununla bağlı hələlik heç bir təşəbbüs yoxdur”.

Pistorius izah etdi ki, belə bir xaricdə əməliyyat üçün Bundesverə çox güman ki, parlamentin icazəsi lazımdır.

Buna baxmayaraq, nazir Almaniya hökumətinin gələcəkdə də oxşar təşəbbüslə çıxış edə biləcəyini istisna etməyib.

Bundan əvvəl Belçikanın müdafiə naziri Teo Franken atəşkəsdən sonra Ukraynaya qoşun göndərmək planlarını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki