image-n1karobka_ads
image-123
image-img_20250525_102845_921backend

Altayda 5,4 bal gücündə zəlzələ baş verib

Altay Respublikasının Koş-Ağaç rayonunun Qızıl-Taş kəndindən 12 km cənub-şərqdə 5,4 bal gücündə zəlzələ baş verib.

Fövqəladə Hallar Nazirliyinin regional bölməsindən verilən məlumata görə, yeraltı təkanlar Qoş-Ağaç, Ulaqan, Onquday rayonlarında və Qorno-Altaysk şəhərində hiss olunub.

Ölən və xəsarət alanların olmadığı qeyd edilir.

İki gün əvvəl Yaponiya sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bundan əlavə, Yunanıstanın Krit adasının sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki