Əl-Ərəbiyyə telekanalının məlumatına görə, İraqın qərbindəki Ənbar əyalətindəki ABŞ hərbi bazası pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücuma məruz qalıb.
İki təhlükəsizlik mənbəsinə görə, ABŞ və digər beynəlxalq qüvvələrin yerləşdiyi Ayn əl-Əsəd hava bazası cümə axşamı günü axşam saatlarında hücuma məruz qalıb.
“Shafaq News” agentliyi xəbər verir ki, hücum “Qrad” reaktiv yaylım atəşi sistemi vasitəsilə həyata keçirilib. Ötən gün İraqdakı şiə qruplaşması ABŞ-ın Suriyadakı Tanf bazasına hücum edib. Bundan əlavə, eyni qrup Suriyanın Deyr əz-Zor şəhərinin şimal-şərqindəki Koniko qaz yatağında ABŞ bazasına raket hücumu həyata keçirib.
Bir gün əvvəl, oktyabrın 18-də ABŞ hərbçiləri İraqın şimal-qərbindəki aerodromda onların bölmələrinə və koalisiya qüvvələrinə hücum edən iki pilotsuz uçuş aparatını vurub.
Mənbə: CNN türk