image-n1karobka_ads
image-123
image-anamabackend

ANAMA-nın avtobusu Laçında qəzaya uğradı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, üç əməkdaş xəsarət alıb.

Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb. Avtobusda olan Agentliyin üç nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki