image-2000x150px
image-123
image-ads_atlas
image-1663573673_307849286_675598330588819_8972427096010812895_nbackend

ANS-ÇM radiosu açılır? – AÇIQLAMA

image-728x90px

“Audiovizual Şura (keçmiş Milli Televiziya və Radio Şurası) birdən-birə üç radio tezliyini tenderə çıxarıb. Və sözsüz ki, ANS-ÇM də bu müsabiqədə iştirak edir. Düşünürəm ki, bu dəfə Azərbaycanı və azərbaycanlıları ən qabaqcıl dövlət və millət kimi göstərən, Qafqazda və Orta Asiyada ilk FM Radio olan ANS-ÇM tenderdə qalib gələ biləcək”.

Doğru.az“-ın modern.az-a istinadən məlumatına görə, bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Mustafayevin adını daşıyan ANS-ÇM Radiosu həm də bütün şəhidlərə olan xalq hörməti və ehtiramıdır.

“Hamı bilir ki, ANS-ÇM Radiosu Çingizin qardaşları Vahid və Seyfulla Mustafayevlər tərəfindən yaradılıb və bütün fəaliyyət boyu yalnız Azərbaycan xalqının vətənpərvərliyi, özünüdərketmə prinsiplərini dəyərləndirməsinə, milli-mədəni irsimizin bu dinamik inkişaf edən dünyada layiqli yerini qazandırmağa və ümumiyyətlə, müasirliyə qulluq edib”.

V.Mustafayev deyib ki, ANS-ÇM Radiosu “Döyüş Alnınıza Yazılıb” şuarının elçisi və daşıyıcısıdır.

“Bu şuarla bizim daimi dinləyicilərimiz indi də hər an Vətəni qorumağa və bizə aid olan hər şeyi almağa qadirdir!”.

V.Mustafayevin sözlərinə görə, Milli Qəhrəman Çingiz Mustafayev adına Radio eyni zamanda böyük bir media məktəbi idi.

“Bu gün əksər radiolara rəhbərlik edən peşəkarlar məhz ANS-ÇM-in şinelindən çıxıb, fəaliyyətlərini bu sahədə peşəkarcasına davam etdirirlər. ANS-ÇM daim təlim və təhsil məsələlərinə diqqətlidir, şəxsən mən daim əməkdaşlarımın müasir media texnologiyalarına uyğun fəaliyyət göstərməsi üçün dayanmadan təlimlər keçirirdim. ABŞ, Böyük Britaniya, Almaniya və s. ölkələrdən mütəxəssisləri gətirərək Azərbaycan Radiosunun dünya birinciləri ilə bir sırada durmasına müvəffəq olmuşdum!”, – V.Mustafayev əlavə edib.

Şirkət rəhbəri onu da deyib ki, Audiovizual Şuranın (keçmiş MTRŞ) nümayəndələri onların ofisinə gəlib baxış da geçiriblər.

“Gəldilər, radiomuzun və ən müasir texnologiyalara arxalanan avadanlığı ilə tanış oldular və dedilər: “Siz həmişəki kimi hamıdan irəlidəsiniz. Xahiş edin yuxarıdan ki, sizə tezlik versinlər! Biz də ANS-ÇM-in fəaliyyətinin bərpasının tərəfdarıyıq, amma bu qərarı biz vermirik…”.
Hörmətli Audiovizual Şura əməkdaşları, bu dediklərinizi də etdik. Həmişəki kimi, müsbət qərarınıza inamla, Allah Azərbaycanı qorusun!”.

Xatırladaq ki, keçmiş Milli Televiziya və Radio Şurasının 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS-ÇM radiosunun lisenziyası ləğv edilib.
Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.
ANS Şirkətlər Qrupuna məxsus digər jurnallar da o vaxtdan fəaliyyətini dayandırıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki