image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2022-09-07t185347z_821509321_rc2icw91q97q_rtrmadp_3_apple-event-pic_32ratio_1200x800-1200x800-8605backend

Apple iPhone üçün çıxarıla bilən batareyaların əsas çatışmazlığı açıqlayıb

image-728x90px

“Apple” şirkətinin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti Con Ternus bildirib ki, şirkət “iPhone” smartfonlarında çıxarıla bilən akkumulyatorlara keçmək niyyətində deyil, çünki bu, qadcetin davamlılığı ilə bağlı problemlərə gətirib çıxaracaq.

O, Almaniyanın “Orbit” YouTube kanalına müsahibəsində akkumulyatorun dəyişdirilməsinin əsas çatışmazlığından danışıb.

Sual Avropa İttifaqının ərazisində yeni qanunların qəbulu ilə bağlı verilib. Aİ səlahiyyətliləri indi smartfon istehsalçılarından dəyişdirilə bilən batareyalar quraşdırmağı tələb edəcək.

“Bu funksionallığın tətbiqi ilə əlaqədar olaraq, smartfonun davamlılığı və dayanıqlılığı arasında kiçik konflikt yarana bilər. Siz batareyanı çıxarıla bilən hala gətirməklə onu daha təmir edilə bilən hala gətirə bilərsiniz, amma əslində bu, potensial olaraq nasazlıqların sayının artmasına gətirib çıxarır”, – Ternus bildirib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki