İyulun 26-da “Apple” şirkəti “My Photo Stream”in onlayn rejimində fotoşəkillərin saxlanması xidmətini dayandıracaq.
Bu barədə TechRadar məlumat yayıb.
My Photo Stream 2011-ci ildən müvəqqəti foto saxlama platforması kimi fəaliyyət göstərir. Xidmət avtomatik olaraq iPhone-dan ən son 1000 fotoşəkili yükləyib, bundan sonra onlar istifadəçinin bütün Apple cihazlarında əlçatan olub.
My Photo Stream-i bağladıqdan sonra xidmətdə saxlanılan şəkillər avtomatik olaraq silinəcək və ya iCloud Photos-a köçürüləcək. Sonuncu yalnız istifadəçinin bu xidmətə abunə haqqını ödədiyi halda mümkün olacaq.
Mənbə: TechRadar