Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə ənənəvi yay düşərgələrimizdən olan “Zubr” Yay Düşərgəsi layihəsinə start verilir.
Layihənin məqsədi gənclərin hər tərəfli inkişafına, onlar arasında yeni dostluq əlaqələrinin qurulmasına, dünyagörüşlərinin artırılmasına və aqrar sahə təsəvvürlərinin yaranmasına zəmin yaratmaqdır.
16, 17 və 18 avqust tarixlərində həyata keçiriləcək düşərgə çərçivəsində gənclərin şəxsi inkişafı, aqrar sahə biliklərinin artırılması və səmərəli vaxt keçirməsi, sosial təlimlər, müxtəlif oyunlar, ekskursiyalar və əyləncə proqramlarının həyata keçirilməsi istiqamətində bir sıra fəaliyyətlər planlaşdırılmışdır.


























