image-n1karobka_ads
image-123
image-videocapture_20250528-175132backend

Araz Musayevə Türkiyədə bıçaqlı hücum – VİDEO

Doğru.az xəbər verir, 9 qat dünya çempionu Araz Musayevə Türkiyədə bıçaqlı hücum edilib

Dünya arenasında Azərbaycanı uğurla təmsil edən kikboks və muay-tay üzrə 9 qat dünya çempionu Araz Musayevə qarşı Türkiyədə silahlı hücum törədilib. Hadisə İstanbulda baş verib.

İlkin məlumata görə, naməlum şəxs və ya şəxslər tərəfindən edilən hücum nəticəsində idmançı bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti və hadisənin detalları araşdırılır.

Hadisəyə dair yayılan görüntülər artıq sosial şəbəkələrdə geniş müzakirə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki