Argentinanın şimal-qərbində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ 512 min nəfər əhalisi olan Salta şəhərindən 186 km qərbdə baş verib və mənbə 176 km dərinlikdə yerləşib.
Qeyd edək ki, daha əvvəl Reuters agentliyi Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayının 1124-ə çatdığını xəbər vermişdi.
DOĞRU.AZ