image-2000x150px
image-123
image-ads_atlas
image-426720643_1570157120411156_4016925305164795702_nbackend

Argentinada ölkənin yeganə xəbər agentliyi bağlanır

image-728x90px

Argentinanın yeganə dövlət xəbər agentliyi “Telam” ölkə prezidenti Xavyer Mileyin təşəbbüsü ilə bağlanır.

Bu barədə dövlət başçısı parlamentin iclasının açılışında bildirib.

Mileyin sözlərinə görə, agentlik onun siyasi rəqiblərinin ideyalarının təbliği ilə məşğul olub.

“Son onilliklərdə kirşnerizmin (solçu ideologiyalarla bağlı siyasi hərəkat – red.) təbliğat agentliyi kimi istifadə edilən “Telam”ı bağlayacağıq”, – deyə o, bildirib.

Miley çıxışında müxalifət nümayəndələrini də xatırladıb və bildirib ki, onlar münaqişə axtarırlarsa, münaqişə olacaq.

Mənbə: İzvestiya (Rusiya)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki