image-2000x150px
image-123
image-ads_atlas
image-1708146130_1665406263_310000293_1292672834805407_1616245755762716060_n-719x403-1backend

Arif Quliyevin xanımının vəziyyəti ağırdır

image-728x90px

Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhətində problem yaranıb.

Bu haqda Moderator.az-a sənətkarın oğlu Rövşən Quliyev məlumat verib.

“Artıq səkkiz ildir ki, anam qaraciyər sirrozundan əziyyət çəkir. Beş-altı gün bundan öncə yenidən halı pisləşdi. Biz, onsuz da, onu həmişə müalicə edirdik. Həkim çağırdıq, dedi ki, insult keçirib. İnsultun ağır formasıdır. Qaraciyər xəstəliyi qalıb kənarda, insultu müalicə edirik. Sol tərəfi işləmir. Hələ ki ayağa qalxa bilmir, ev şəraitində müalicə alır. Vəziyyəti ağır olaraq qalır. Beş gündür, yatmırıq. Təkcə çarə dualara qalıb. Atamın dostlarından müalicəyə kömək edənlər var. Düzdür, dərmanları çox bahadır. Amma yenə də köməksiz qalmırıq. Atam bu gün həyatda olmasa da, adı bizə kömək olur. Özümüz də nələrsə etməyə çalışırıq”, – deyə aktyorun oğlu bildirib.

Sənətkarın oğlu bildirib ki, atasının ölümündən sonra anasının xəstəliyi daha da şiddətlənib.

“Atam üçün çox darıxır. Qismət olmur ki, məzarını ziyarət etsin. Anam, ümumiyyətlə, atamla nəfəs alırdı. Xasiyyətcə çox utancaqdır. Evə çəkiliş qrupu gələndə atam onu güc-bəla ilə yola gətirirdi ki, çəkilsin. Atam çox narahat insan idi. Anamın xəstələnəndə daim yanında oldu. Son gününə qədər anamı qorudu, özü xəstəxanaya düşdü. Anam deyir ki, atan evin bütün ruzi-bərəkətini də özü ilə aparıb getdi”, – deyə Rövşən Quliyev bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki