image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220510-wa0090backend

“ASAN xidmət” kollektivi Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edir – FOTOLAR

image-728x90px

10 may 2022-ci il tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü kimi qeyd olunur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi tərəfindən Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, ulu öndərin məzarı ziyarət edilib və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra Azərbaycan Rəssamlar İttifaqında “ASAN Könüllüləri” Təşkilatının və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın memarı – Heydər Əliyev” sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Məclisin deputatı Tahir Mirkişili, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.

Sərgidə ASAN könüllüsü İsmayıl Hacıyevin dövlətçilik, vətənpərvərlik, tarix, təbiət mövzularında ümumilikdə 24 əl işi nümayiş etdirilir. Əsərlərlə tanışlıqdan sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramı çərçivəsində musiqi kompozisiyaları səsləndirilib.

13 may 2022-ci il tarixinədək davam edəcək sərgiyə giriş sərbəstdir.

DOĞRU.AZ 

image-img-20220510-wa0090 image-img-20220510-wa0091 image-img-20220510-wa0092 image-img-20220510-wa0093 image-img-20220510-wa0094 image-img-20220510-wa0095 image-img-20220510-wa0096 image-img-20220510-wa0097 image-img-20220510-wa0098 image-img-20220510-wa0099

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki