image-2000x150px
image-garabag_020221backend

Azad olunmuş ərazilərdə yeni iqtisadi rayonların yaradılması günün reallıqlarından irəli gəlir

image-728x90px

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman bu günün reallıqlarından, dövrün tələbindən irəli gəlmişdir. Ölkə başçısı dəfələrlə xatırladır ki, müharibədə qazandığımız tarixi qələbə, torpaqlarımızın düşməndən azad edilməsi və Ermənistanın diz çökdürülməsi yeni reallıqlar yaradıb və bu reallıqlarla barışmaq, zamanın tələblərini qiymətləndirmək lazımdır.

Doğru. az Trend az-a istinadən bildirir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, yeni fərman mövcud reallıqları əks etdirməklə bərabər, ilk növbədə iqtisadiyyatın sürətli inkişafına, yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə hesablanıb: “Regionların sosial – iqtisadi inkişafına dair dövlət proqramlarının müvəffəqiyyətlə icra olunması nəticəsində artıq şəhər və kəndlərimiz əsaslı dərəcədə inkişaf edib, mədəni simasını dəyişib, əhalinin yaşayış tərzi yaxşılaşıb, mühüm infrastruktur layihələri həyata keçirilib, gələcək iqtisadi inkişafın təməli qoyulub.

44 günlük vətən müharibəsində əldə olunan qələbə iqtisadi və hərbi gücümüzü, birliyimizi dünyaya nümayiş etdirdi, həm də Azərbaycan iqtisadiyyatının davamlı, dayanıqlı olduğunu sübut etdi”.

Komitə sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, bu ərazilərdə vacib infrastruktur layihənin planlaşdırılması və icrasına başlanılması, həmin regionlarda beynəlxalq hava limanlarının tikilməsi, yolların çəkilməsi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin reallaşdırılması, yeni elektrik stansiyalarının qurulması, su anbarlarının bərpası deməyə əsas verir ki, uzun illər düşmən tapdağı altında olmuş torpaqlarımız, dağıdılmış şəhər və kəndlərimiz tez bir zamanda gülüstana çevriləcəkdir: “Çünki bu ərazilər çox böyük iqtisadi, potensiala, təbii sərvətlərə, turizm imkanlarına malikdir. Bu torpaqlar kənd təsərrüfatı üçün olduqca yararlıdır və ərazilərdə aqrar sektorun inkişafı əsas məsələ kimi qarşıya qoyulub.

Bu, təbiidir. Bu torpaqlar uzun illər ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini vermiş, pambıqçılıq, taxılçılıq, üzümçülük, baramaçılıq, heyvandarlıq təsərrüfatları kimi formalaşmışdılar. Belə olan halda işğaldan azad olmuş ərazilərin iqtisadi bölgüsünün yenidən aparılması bir zərurətə çevrilir və imzalanmış fərman mütərəqqi, vacib bir məqsədə xidmət edir.

İqtisadi rayonların sayının artırılması və bu rayonların yenidən kompleksləşdirilməsi, Qarabağ iqtisadi rayonunun yaradılması qanunauyğun haldır və böyük iqtisadi potensiala, yeraltı – yerüstü təbii sərvətlərə, unikal təbiətə malik olan Qarabağ bölgəsinin inkişafı üçün olduqca əhəmiyyətlidir.

Dövlət başçısının imzaladığı Fərman sözsüz ki, hər bir vətəndaşın ürəyindən xəbər verir. Çünki insanlar işğaldan azad olunmuş torpaqlarımızı çiçəklənən, bol – bəhrəli, Qarabağ bölgəsini iqtisadi cəhətdən sürətlə inkişaf edən bir region görmək arzusundadırlar. Məhz buna görə də vətəndaşlarımız Prezidentimizin imzaladığı mühüm sənədlər, layihələr, proqramlar kimi bu fərmanı da bəyənir və Qarabağ torpaqlarının bərpası, inkişafı üçün həyata keçirilən hər bir tədbirə dəstək verməyə hazır olduqlarını nümayiş etdirirlər”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki