image-nerjbanner
image-ads_atlas
Azərbaycan əhalisinin sayı artıbbackend

Azərbaycan əhalisinin sayı artıb

image-nerjbanner

2023-cü ildə ölkə üzrə əhalinin sayı 53 625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10 180 770 nəfərə çatıb.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin 54,5 faizi şəhər, 45,5 faizi kənd sakinləridir. Azərbaycan əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin əvvəlinə əhalinin 23 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 3,1 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olub.

DOĞRU.AZ

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki