image-2000x150px
image-123
image-ads_atlas
image-20172_t4l75xymx6backend

Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir – FOTOLAR

image-728x90px

Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov “Anatolian Phoenix-2021” təliminin “Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərinə gəlib.

Doğru.az xəbər verir ki, səfər çərçivəsində təlimdə iştirak edən ölkələrin HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

General-leytenant R.Tahirov hərbi aviasiya sərgisində nümayiş etdirilən müasir pilotsuz uçuş aparatları və hərbi aviasiyada istifadə olunan ən yeni texnoloji avadanlıqlarla tanış olub.

HHQ komandanı təlimə cəlb olunan Azərbaycan Ordusunun nümayəndələri ilə görüşüb və onlara təlimdə uğurlar arzulayıb.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki