image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240226-wa0209backend

Azərbaycan Könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib – FOTO

image-728x90px

Bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən böyük cinayətlərdən biri – Xocalı soyqırımıdır. Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Azərbaycan Könüllülərinin Xocalı soyqırımının canlı şahidi Samirə Hüseynova ilə görüşü təşkil olunub. Görüşdə Xocalı faciəsi zamanı baş verən işgəncələrdən və ağlasığmaz erməni vəhşiliklərindən, törədilən cinayətlərdən danışılıb.

Ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının Xocalı soyqırımı həqiqətləri ilə tanış olması üçün “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış bukletlər, 26 fevral tarixində şəhərin müxtəlif ərazilərində paylanılıb.

Daha sonra 26 fevral tarixində ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 300-ə yaxın Azərbaycan Könüllüsünün iştirakı ilə “Ana Harayı” abidəsinin önünə güllər düzülərək, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsi dərin ehtiramla yad edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də qeyd etdiyi kimi: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.

DOĞRU.AZ

image-img-20240226-wa0218image-img-20240226-wa0211 image-img-20240226-wa0210 image-img-20240226-wa0213 image-img-20240226-wa0212 image-img-20240226-wa0215 image-img-20240226-wa0214 image-img-20240226-wa0217 image-img-20240226-wa0216 image-img-20240226-wa0219

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki