“44 günlük müharibədəki məğlubiyyətə görə erməni generalları ittiham etmək lazım deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasından deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
O iddia edib ki, Ermənistanın siyasi rəhbərliyi cəbhənin cənub istiqamətindəki müdafiəni təşkil edə bilmədiyi üçün Azərbaycan Ordusu Şuşaya qədər irəliləyə bildi:
“Azərbaycan tərəfi 44 günlük müharibədə müdafiəni məhz o ərazidə yarıb ki, burada hərbi əməliyyatlar birbaşa Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən idarə və koordinasiya olunurdu.
Eyni zamanda, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələri Sünik və Cermuk istiqamətlərində də irəlilədi”.
DOĞRU.AZ

























