image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-10backend

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin cəsədini çıxarıblar – FOTO/VİDEO 

image-728x90px

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin cəsədini çıxarıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdiriblər.

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki