image-n1karobka_ads
image-123
image-6496c0e10ed2d6496c0e10ed2e16876013776496c0e10ed2a6496c0e10ed2bbackend

Azərbaycanda cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib

Salyan rayonunun Xalac kəndində yerləşən beş saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.

APA-nın məlumatına görə, beş saylı cəzaçəkmə müəssisəsində əsgər, 2004-cü il təvəllüdlü  Ülvü İlyas oğlu Şamxalov xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan Rayon Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir.

Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki