image-2000x150px
image-123
image-ads_atlas
image-60e6f0b32062c60e6f0b32062d162574763560e6f0b32062a60e6f0b32062bbackend

Azərbaycanda son sutkada 104 nəfər COVID-19-a yoluxub, 39 nəfər sağalıb

image-728x90px

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Doğru.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv xəstə sayı 1202 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 709, ötən müddət ərzində isə ümumilikdə 3 821 726 test aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki