image-2000x150px
image-123
image-ads_atlas
image-antartika-afp-1528785_2backend

Antarktidada kəşf olunan yeni bir bitki növü

image-728x90px

Hindistanlı elm adamları Antarktidada yeni bir bitki növü aşkar etdiklərini açıqlayıblar.

Pəncab Mərkəzi Universiteti tədqiqatçıları tapılan növə “Bryum Bharatiensis” adını veriblər.

BBC-nin verdiyi məlumata görə, Antarktika qitəsində altı aylıq bir ekspedisiya təşkil edən elm adamları Hindistanın Antarktika Tədqiqat Stansiyası (Bharati) yaxınlığında tünd yaşıl bitki növü aşkar ediblər.   

Bitkilərin həyatda qalması üçün kalium, günəş işığı və suya ehtiyac duyduğunu qeyd edən elm adamları, “Əsas məsələ bu bitkinin bu bölgədə necə yaşamasını müəyyənləşdirməkdir.”

 Tədqiqatlarda bitki növlərinin daha çox pinqvinlərin çoxaldığı ərazilərdə görülməsi müşahidə edilmişdir. Bölgədə böyüyən bitki növlərinin azot ehtiva edən pinqvin nəcisi ilə qidalanır.

Gültəkin Məmmədova

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki