image-2000x150px
image-123
image-ads_atlas
image-1backend

Azərbaycanda yaradıcı iqtisadiyyatın təşkilati strukturunun dəstəklənməsi” mövzusunda seminar keçirildi

image-728x90px

Doğru.az xəbər verir ki,  mart 2021-ci il tarixində Mədəniyyət Nazirliyi ilə “British Council” (Britaniya Şurası) təşkilatının birgə layihəsi çərçivəsində “Azərbaycanda yaradıcı iqtisadiyyatın təşkilati strukturunun dəstəklənməsi” mövzusunda seminar keçirildi. Sözügedən layihənin ümumi məqsədi Azərbaycanın mədəniyyət və yaradıcılıq sektorunda effektiv liderlik və idarəetmənin dəstəklənməsindən ibarətdir.

Seminarı britaniyalı ekspertlər – uzun müddət “Creative England” təşkilatının islahatlar üzrə rəhbəri olaraq çalışmış Qeyl Keyq, dörd ildən çox Böyük Britaniyada Yaradıcı Sənayelər Şurası adlı təşkilatda çalışan və bu sahədə geniş təcrübəyə malik Con Zeff və yaradıcı sənayelər üzrə mütəxəssis, “Creative England” təşkilatının həmtəsisçisi, Britaniya İmperiyasının kavaler ordeninə layiq görülmüş Con Nyubigin apardılar.

Seminarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta biznesin inkişafı Agentliyi, Dövlət Statistika Komitəsi və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri iştirak etdilər.

Seminarın əvvəlində Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə və Britaniya Şurasının Azərbaycan üzrə rəhbəri Samr Şah açılış nitqi ilə çıxışlar edərək qarşılıqlı əməkdaşlıq haqqında məlumat verdilər və yaradıcı sənaye sahələrinin önəmini vurğuladılar.

Daha sonra seminar ekspertlərin təqdimatları ilə davam etdi. Seminarda müzakirə olunan məsələlər arasında Böyük Britaniyada yaradıcı sahənin inkişafı yolu, Azərbaycanın mədəniyyət və yaradıcılıq sahələrinin güclü tərəfləri, potensial imkanları, hökumət və yaradıcı sektor arasında əməkdaşlıq, yaradıcı sənayelərin iqtisadi və mədəni əhəmiyyəti, innovasiyalar, regional inkişaf və digərləri yer alıb.

Seminar sual cavab sessiyası ilə yekunlaşıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki