image-2000x150px
image-123
image-ads_atlas
image-img-20221107-wa0059backend

Azərbaycanın turizm imkanları Londonda keçirilən beynəlxalq sərgidə təbliğ edilir – FOTO

image-728x90px

Azərbaycanın turizm imkanlarının təbliğ olunması məqsədilə Azərbaycan Turizm Bürosu 7-9 noyabrda Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisində (WTM London) iştirak edir.

Sərgidə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, həmçinin hotel qrupları və turizm şirkətləri daxil olmaqla ümumilikdə 19 nümayəndə təmsil edir.

Sərgi çərçivəsində Azərbaycanın fərqli turizm məhsulları, xüsusilə milli mətbəx və şərabçılıq, haykinq, qış turizmi və mədəni marşrutları özündə əks etdirən məhsullar nümayiş olunur.

Bununla yanaşı, Azərbaycan Turizm Bürosu tərəfindən cari il ərzində sıx əməkdaşlıq edilmiş tərəfdaşlar, o cümlədən media nümayəndələri ilə görüşlər və müsahibələr təşkil edilir.

Dünya Səyahət Bazarı sərgisi 1980-ci ildən etibarən hər il keçirilir və dünyanın hər yerindən turizm idarəetmə qurumlarını və turizm sənayesi nümayəndələrini bir araya gətirir.

Bu il sərgiyə yüzdən çox ölkədən 3 min sərgiçinin və turizm sənayesinin 51 mindən çox nümayəndəsinin qatılacağı planlaşdırılır.

Azərbaycan sonuncu dəfə 2019-cu ildə fikizi olaraq Dünya Səyahət Bazarı sərgisində iştirak edib və son iki sərgi pandemiya səbəbindən onlayn şəkildə baş tutub.

Məlumat üçün bildirək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 14 966 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94 % artım deməkdir.

DOĞRU.AZ

image-img-20221107-wa0054 image-img-20221107-wa0055 image-img-20221107-wa0056 image-img-20221107-wa0057 image-img-20221107-wa0058

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki