image-2000x150px
image-123
image-ads_atlas
“Azərxalça”ya müvəqqəti rəhbər təyin olundubackend

“Azərxalça”ya müvəqqəti rəhbər təyin olundu

image-728x90px

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Bu barədə qurumun saytında qeyd edilib.

ASC-nin İdarə Heyətinin sədrinin səlahiyyətləri İslam Səfər oğlu Qurbanova həvalə edilib.

Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 21 iyun tarixli Sərəncamı ilə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədr müavini təyin olunub.

Xatırladaq ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov 2021-ci ilin yanvarın 9-da həbs edilib, yanvarın 10-da isə vəzifəsindən azad edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki