image-2000x150px
image-123
image-ads_atlas
Qadın özünü yandırmaq istədi – VİDEObackend

Qadın özünü yandırmaq istədi – VİDEO

image-728x90px

“Doğru.az”ın məlumatına görə, S. Vəliyeva bildirib ki, 14 il kanalın əməkdaşı olsa da, rəhbərlik pandemiyanın ən kəskin vaxtında onu işdən azad edib. 

Məsələylə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb: “Səidə Vəliyevanın nümayiş etdirdiyi süni ajiotaj ucuz şoudan başqa bir şey deyil. Bu şəxs aylardır sədr Rövşən Məmmədov və kanalda çalışan digər əməkdaşların ünvanına təhqir və şantaj dolu bəyanatlar yağdırır. Onun düşüncəsinə görə, işdən azad olunmasında hər kəs günahkardır, yalnız özündən başqa.  

Əgər bir işçi 2007-ci ildən 2020-ci ilədək 1 ay belə olsa, işə müntəzəm şəkildə gəlməyibsə (bu barədə rəsmi qeydiyyat kitabçası var), əgər bir işçi 13 il ərzində cəmi 6 dəfə qonorar alıbsa (TV-dən anlayışı olan hər kəs bilir ki, qonorar gördüyün işə görə verilir), əgər sədr bir işçini 2 dəfə qəbul edərək işə vaxtında gəlməsi, layihə üzərində işləməsi ilə bağlı xəbərdarlıq edibsə, lakin bütün bunların xeyri olmayıbsa, başqa çıxış yolu varmı?”

Kanalın açıqlamasında bildirilir ki, sonuncu dəfə edilən bütün xəbərdarlıqlardan və layihə hazırlamaq üçün verilən iki həftəlik səmərəsiz zamandan sonra S.Vəliyeva Kadrlar və Xüsusi İşlər Departamentinə çağırılıb və onunla müqavilə müddətinin uzadılmayacağı bildirilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki