image-n1karobka_ads
image-123
image-metro6-615x403backend

“Bakı Metropoliteni” UEFA oyununa görə gücləndirilmiş iş rejimində olacaq – FOTO

image-ad_qayo_720x110px

Avqustun 27-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Doğru.az xəbər verir ki, xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında yerləşən metronun “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.

“Bakı metrosunun müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi və səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq və ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Həmçinin, qarşılaşma əlavə vaxtla davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün metropolitenin iş saatının uzadılması planlaşdırılıb”, – məlumatda bildirilib.

DOĞRU.AZ

image-img-20250826-wa0150

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki