Bu gün saat 11:18-də Bakı metropoliteninin “İçərişəhər” – “Sahil” mənzilində “qırmızı xətt” üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər “Sahil” stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda “qırmızı” və “yaşıl xətlər”də qatarların hərəkətində gecikmələr var.
“Bənövşəyi xət”də və “Cəfər Cabbarlı” – “Xətai”, “Həzi Aslanov” – “Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
Qeyd edək ki, fevralın 19-da və 20-də də Bakı metrosunda analoji problemlər müşahidə edilib.
DOĞRU.AZ


























