image-2000x150px
image-123
image-ads_atlas
image-1597134411_gncbackend

Bakı metrosunda gediş haqqı məsafəyə görə müəyyən olunacaq?

image-728x90px

İctimai nəqliyyatda yeni tarif mexanizminin tətbiqinə başlanacağı ilə bağlı yazı dərc etmişdik. Mexanizmə əsasən, avtobus və metroda sərnişinlər gediş haqqını gedəcəkləri məsafəyə uyğun ödəyəcəklər.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir. Sənədə əsasən bu sahədə “mütərəqqi beynəlxalq təcrübə” nəzərə alınacaq. Belə ki, qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişin eyni məbləği ödəməyəcək. “Bakı Metropoliteni” QSC Bizim.Media-nın bununla bağlı rəsmi sorğusunu cavablandırıb.

“İctimai nəqliyyatda yeni tarif mexanizmlərinin, o cümlədən gediş haqqının ödənilməsi sistemlərinin dəyişdirilməsi ilə bağlı məsələlərlə əlaqədar qaldırdığınız suala cavab olaraq bildiririk ki, Bakı metropolitenində gediş haqqı 2015-ci il avqust ayının 8-dən “BakıKart” vahid ödəniş sistemi ilə tətbiq edilir.

Həmçinin bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 12.02.2021-ci il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəedilməsinə verilib.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində Müşahidə Şurası təsis edilib.

Ölkə başçısının “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 30 mart 2021-ci il tarixli digər Sərəncamı ilə Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirməklə müəssisənin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək vəzifəsi Müşahidə Şurasına tapşırılıb.

Məlumat üçün bildiririk ki, “Bakı Metropoliteni” QSC hazırda gediş haqqının ödənilməsi qiymətlərinə yenidən baxılması ilə bağlı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına müraciət ünvanlamayıb”.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki