image-n1karobka_ads
image-123
image-qezaddbackend

Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində “Shacman” və “Ford” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 1976-cı il təvəllüdlü Vəfadar Nəcəfqulu oğlu Talıbov, 1980-ci il təvəlludlü Günay Əlhəsən qızı Talıbova və onların övladı 2008-ci il təvəlludlü Nəcəfqulu Vəfadar oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki