Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən aparılan işlər zamanı sakinlərin əmlakına zərər dəydiyi bildirilir.
Doğru.az xəbər verir ki, bir neçə gün əvvəl Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında yaşıllaşdırma işləri görülərkən “Jurnalistlər binası”nda yaşayan Rail İbrahimovun avtomobilinə ziyan vurulub.
Məlumata görə, Rail İbrahimovun təxminən bir ay öncə aldığı avtomobilin sağ arxa qapısına zərbə dəyib.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib. Qurumdan bildirilib ki, zərərçəkmişlə əlaqə saxlanılacaq. Lakin indiyədək onunla əlaqə qurulmayıb və dəyən ziyanın aradan qaldırılması təmin olunmayıb.
DOĞRU.AZ




























