image-n1karobka_ads
image-123
image-4abc27ad-7a10-30bb-9d1b-139ee9b17084backend

Bakı-Şamaxı yolunda avtobus qəzaya düşüb

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində 555 nömrəli marşrut avtobusu qəzaya düşüb.

“Report” xəbər verir ki, sürücü Adil Rzayev həmin ərazidə sərnişin düşürmək istəyib. Daha sonra isə yol buzlu olduğu üçün avtobus yolun kənarına çırpılıb.

Hadisə yerinə dərhal Baş Dövlət Yol Polisi İdarəsi alayının üçüncü tağımının əməkdaşları cəlb olunublar.

Sərnişinlər digər avtobusla yola salınıblar. Sonra Adil Rzayevə məxsus avtobusun hərəkəti bərpa edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki