image-2000x150px
image-123
image-ads_atlas
image-41680_y7a8ybaar6backend

Bakı və Xırdalanda əraziləri su basıb – VİDEO

image-728x90px

FHN Abşeron yarımadasında subasmaya məruz qalmış ərazilərlə bağlı məlumat yayıb.

Doğru.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Bakı şəhəri, Binəqədi rayonunun Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində və Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində, həmçinin Naxçıvan şəhər 20-ci məhəllə ərazisində bir sıra fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bununla əlaqədar ərazilərə FHN-in müvafiq olaraq Dövlət Yanğından Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki