Bakıda 40 yaşlı kişi qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, dekabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Zamiq Zakir oğlu Cabbarovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Əsədov Elvin Səyavuş oğlu saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
DOĞRU.AZ