image-n1karobka_ads
image-123
image-43133_nfl3diy512backend

Bakıda avtobus 10-dan çox maşını əzdi – FOTO/VİDEO

Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az Oxu.az-a istinadən xəbər verir ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.

Baku.ws-in məlumatına görə, sözügedən avtobus 165 nömrəli marşrut üzrə hərəkət edirmiş.

DOĞRU.AZ

image-43134_8rxmnnarnh image-43135_6xeshizfub

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki