Bakı, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisədə iki avtomobil toqquşaraq qaz borusuna çırpılıb və nəticədə yanğın baş verib.
Doğru.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb, yol bir müddət nəqliyyatın hərəkəti üçün bağlanıb. Qəzanın səbəbləri araşdırılır.
DOĞRU.AZ




























