image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-1backend

Bakıda “Best of India” – Hindistan məhsullarının Ticarət Sərgisi açılacaq

image-728x90px

Bakıda “Best of India” – Hindistan məhsullarının Ticarət Sərgisi açılacaq.

Hindistanın Azərbaycandakı Səfirliyindən “Report”a verilən məlumata görə, sərgi sentyabrın 2-dən 12-dək Bakı İdman Sarayında keçiriləcək.

Xarici ölkələrdə mütəmadi olaraq təşkil olunan bu sərgi Hindistan sənayesinin yüksək keyfiyyətli dəb, tekstil və s. məhsullarını dünyaya tanıdır.

Hindistanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar bildirib ki, bu il Bakıda doqquzuncu dəfə keçiriləcək “Best of India” sərgisində ölkənin 65-ə yaxın şirkəti iştirak edəcək. Sərginin əsas maraq təşkil edən tədbiri ilk üç gün saat 13:00-dən saat 16:00-a qədər davam edəcək “Hindistan yaradıcılığı səhnədə” adlı dəb nümayişi olacaq.

Tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. nümayiş olunacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki