image-n1karobka_ads
image-123
image-17651358093521621341_1200x630backend

Bakıda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi

image-ad_qayo_720x110px

Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər Bulvarı ərazisində bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyi bildirilib.

Doğru.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumat əsasında dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıcların operativ müdaxiləsi nəticəsində 1993-cü il təvəllüdlü N. Əlizadə dənizdə batma təhlükəsindən xilas edilib. Xilasetmə əməliyyatı Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşı ilə birgə həyata keçirilib və şəxs aidiyyəti üzrə təhvil verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki