image-n1karobka_ads
image-123
image-1707798816_1652934351_1612867540_polisbackend

Bakıda hoteldə yanğın olub, ana və körpəsi xilas edilib – VİDEO

Bakı şəhərinin, Nərimanov rayonunda yerləşən hoteldə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Doğru.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri cəlb olunub.

“Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 4500 kvadratmetr olan beşmərtəbəli hotelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və iki metr elektrik kabeli yanıb. Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hotel binası yanğından mühafizə olunub”, – deyə qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki