Doğru.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu ərazisində iki sərnişin avtobusu toqquşub. Nəticədə bir neçə sərnişin xəsarət alıb.
Qəza 131 və 189 nömrəli marşrut avtobuslarının iştirakı ilə baş verib. İlkin məlumata görə, toqquşma nəticəsində bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır, qəzanın səbəbləri müəyyənləşdirilir.
DOĞRU.AZ