image-n1karobka_ads
image-123
image-1658422975_1645468648_fhnnnn-11111backend

Bakıda inzibati binada yanğın olub

Bakıda inzibati binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Yüksək temperaturdan binaya bitişik, ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin xarici divari 10 m² sahədə qarsalanıb. Binanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki